AZ

Rusiyada dron hökumət binasına HÜCUM ETDİ – Qubernator müavini YARALANDI – VİDEO

Belqorodda dron hökumət binasına hücum edib, qubernator müavini yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Pilotsuz təyyarə inzibati binaya düşüb və xəsarət alanlardan biri Aleksandr Lorents olub.

Rayon rəhbərinin sözlərinə görə, partlayış baş verən zaman məmur partlayışın episentrinin yaxınlığında olub.

Onun beyin sarsıntısı və akubar travması var. Həkimlər siyasətçini müayinə ediblər. Onun vəziyyəti stabildir.

Rosqvardiya zabiti də yaralanıb. O, bud nahiyəsindən qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
1
interpress.az

2Mənbələr