ABŞ Federal Ehtiyat Sistemi (FRS) keçirilən iclasın nəticələrinə əsasən, uçot dərəcəsini 4.25%-4.5% səviyyəsində saxlayıb.
News24.az 24News.ge-yə istinadən xəbər verir ki, qərar ABŞ qurumunun rəsmi saytında öz əksini tapıb.
Qərara əsasən, Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə (FOMC) öz məqsədlərini dəstəkləmək üçün federal fondlar üzrə hədəflənən faiz dərəcəsi dəyişməz saxlamaq qərarına gəlib.
Qeyd edək ki, mütəxəssislər yaxın aylarda dolların məzənnəsinin sabit qalacağını proqnozlaşdırırlar.