AZ

"Bitcoin"in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri

Mayın 9-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:55-də “CoinMarketCap” platformasında 4.63% bahalaşaraq 103 818 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 23.14% artaraq 2371 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 7,05%, BNB isə 3.39% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Seçilən
0
18
apa.az

10Mənbələr