BAKI, 9 may. TELEQRAF
Almaniya kansleri Fridrix Merts bu vəzifəyə təyinatından sonra ABŞ Prezidenti Donald Trampa ilk dəfə zəngi edib. O, Ukraynadakı münaqişənin həlli istiqamətində səyləri dəstəklədiyini vurğulayıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.
Korneliusun sözlərinə görə, Tramp və Merts həmçinin ticarət sahəsində fikir ayrılıqlarının mümkün qədər tez həll edilməsi ilə bağlı da razılığa gəliblər.
Onlar qarşılıqlı səfər planlarını açıqlayıblar.
Tramp Ukraynada davamlı sülhə nail olmaq üçün Almaniya, Fransa, Böyük Britaniya, Polşa və digər Avropa tərəfdaşlarının səylərini dəstəkləməyə hazır olduğunu bəyan edib.