AZ

Bu bürclər "ay"ı "çay" başa düşür

Bəzi bürclər deyilənləri deyil, hiss etdiklərini əsas götürür və bu da tez-tez yanlış anlamalara səbəb olur.

Milli.Az xəbər verir ki, astroloqların fikrincə bəzi bürclər qarşısındakının dediklərində gizli mənalar axtarır, hər ifadəni öz üzərinə götürür və nəticədə ünsiyyətdə çətinlik yaşayır.

Bu xüsusiyyətlərə görə ən çox səhv anlayan bürclərin siyahısına Əkizlər, Balıq, Oxatan, Xərçəng və Dolça daxildir.

Əkizlər bürcü sürətli düşünür və bəzən qarşısındakını dinləyərkən belə beynində başqa fikirlər qurur, bu da anlatılmaq istənənlə anladığı şeyin fərqli olmasına gətirir. Balıq bürcü isə hər baxışı, səsi və mesajı öz duyğularıyla yozur, bu da onu tez-tez daxili qarışıqlığa salır. Oxatan bürcünün optimizmi bəzən ciddi sözləri zarafat kimi qəbul etməsinə səbəb olur və gerçəkliyi yüngülləşdirə bilir. Xərçəng bürcü isə hər şeyi şəxsi qəbul edir, sadə zarafatı belə özünə dərd edə bilər. Dolça bürcü isə analitik təbiəti ilə sadə cümlələrdə belə dərin mənalar axtarır və bu da ünsiyyəti çətinləşdirir.

İsmayıl
Milli.Az

Seçilən
0
50
milli.az

10Mənbələr