Türkiyənin Yozqat şəhərində 12 tələbə zəhərlənib.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə şəhərin Yerköy rayonunda qeydə alınıb.
Bildirilib ki, hadisə ad günü mərasimində qeyddə alınıb. Tələbələr mərasimdə yedikləri tortdan zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıblar. Onlarda ürəkbulanma, qarın ağrısı və qusma müşahidə olunub.
Araşdırma aparılır.