AZ

Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaq

UEFA Avropa Liqasının finalında yarışacaq komandalar bəlli olub.

Apasport.az xəbər verir ki, yarımfinalın hər iki cavab oyunu bu gün baş tutub.

"Mançester Yunayted" evdə İspaniya" Atletik"ini qəbul edib. Ev sahibləri rəqibini 4:1 hesabı ilə məğlub etməyi bacarıb. İlk qarşılaşma "Yunayted"in qələbəsi ilə başa çatmışdı - 3:0.

"Bodo-Qlimt" isə doğma meydanda "Tottenhem" ilə üz-üzə gəlib. İlk oyunda Premyer Liqa təmsilçisi 3:1 qələbəyə sevinmişdi.

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

"Mançester Yunayted" - "Atletik" 4:1

İlk oyun - 3:0

"Bodo-Qlimt" - "Tottenhem" 0:2

İlk oyun - 1:3

Seçilən
0
2
apa.az

4Mənbələr