AZ

Sovet kosmik aparatının Azərbaycan ərazisinə düşmə ehtimalı var?



1972-ci ildə Sovetlər tərəfindən Venera planetinə göndərilmək üçün buraxılan Kosmos 482 adlı kosmik aparat orbitdən çıxa bilmədiyi üçün 53 ildir Yer ətrafında fırlanır. Bu günlərdə isə – mayın 9-dan 11-dək – onun Yer atmosferinə nəzarətsiz şəkildə daxil olacağı gözlənilir.
Aparatın 495 kq-lıq eniş modulu titan materialından hazırlandığı üçün tam yanmadan Yerə çata bilər. Maraqlısı odur ki, düşə biləcəyi coğrafi zolaq 52° şimal və cənub en dairələri arasında yerləşir ki, bu zonaya Azərbaycan da daxildir.
Panikaya ehtiyac yoxdur! Əvvəlki təcrübələr göstərir ki, belə obyektlərin insanlara və infrastruktura zərər vermə ehtimalı çox aşağıdır. Çox zaman ya okeanlara, ya da az əhalili bölgələrə düşürlər.
Nə etməli?
Əgər səmanın parlaq cismi və ya düşmə hadisəsi müşahidə olunarsa:
Yaxınlaşmayın!
Dərhal müvafiq orqanlara məlumat verin!
Elmi və texnoloji prosesləri izləyək, amma həmişə ehtiyatı əldən verməyək!

Rəfael Eminov
Seçilən
0
newscenter.az

1Mənbələr