Azərbaycan Premyer Liqasının 24-cü turunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” matçının biletləri sabah satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən matçın biletləri mayın 9-da saat 12:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azərsun Arena”nın kassasında da satışda olacaq.
Xəbərdə o da qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
“Qarabağ” – “Araz-Naxçıvan” matçı mayın 11-də keçiriləcək. “Azərsun Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.