Slovakiyanın baş naziri Robert Fitso mayın 9-da Böyük Qələbənin 80 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya gedib.
"Unikal" xəbər verir ki, Baş nazirin təyyarəsi Macarıstan, Rumıniya, Qara dəniz və Gürcüstandan keçərək daha uzun cənub marşrutu ilə Moskvaya uçub.
Çərşənbə günü Slovakiya hökumətinin başçısını daşıyan təyyarəyə Estoniya, Latviya və Litva tərəfindən onların ərazisi üzərində uçuş icazəsi verilmədikdən sonra xüsusi reysin marşrutu dəyişdirilib.