AZ

Meksika körfəzinin adı dəyişdirilir

ABŞ Nümayəndələr Palatası "Meksika körfəzi"nin adının "Amerika körfəzi" olaraq dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.Bu barədə Amerika mətbuatı xəbər verir.

Bu təşəbbüs Prezident Donald Trampın yanvar ayında imzaladığı icra sərəncamı ilə əlaqdardır. Qanun layihəsi 211 lehinə, 206 əleyhinə səs çoxluğu ilə qəbul edilib.

Layihə federal agentlikləri 180 gün ərzində bütün rəsmi sənəd və xəritələrdə "Gulf of Mexico" adını "Gulf of America" ilə əvəz etməyə məcbur edir.

Qanun layihəsi bundan sonra Senata göndəriləcək, lakin burada 60 səs çoxluğu tələb olunduğundan, Demokratların müqaviməti ilə qarşılaşa bilər. Bundan əlavə, beynəlxalq aləmdə, xüsusən də Meksikada bu dəyişiklik tanınmaya bilər.

Meksika Prezidenti Claudia Sheinbaum öncədən ölkəsinin bu yeni adı qəbul etməyəcəyini bildirib.

Seçilən
0
2
anews.az

10Mənbələr