"Oyunçularımız hücumda və müdafiədə çox möhtəşəm performans göstərdilər və xarakter nümayiş etdirərək qalib gəldilər".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Daviti Çivçivadze "Sabah"la Azərbaycan Basketbol Liqasında final seriyasının 4-cü görüşündən sonra deyib.
Gürcü çalışdırıcı qələbə sevincini gizlətməyib: "Komandamın belə oyununu gördükdə çox sevinirəm. Ancaq bu final seriyasıdır və dörd qalibiyyətə kimidir. Növbəti görüşlərə hazırlaşmalıyıq, çünki çox çətin oyunlar olacaq. İnanıram ki, gələcək qarşılaşmalarda da ən yaxşı tərəfdən özümüzü göstərəcəyik. Komandamı layiqli qələbə münasibətilə ürəkdən təbrik edirəm!".
Qeyd edək ki, hazırda final seriyasında hesab 2:2-dir..