Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzləri və qurumlarında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbirlər keçirilib.
Publika.az xəbər verir ki, tədbirlərdə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ümummilli Liderin, ölkəmizin müstəqilliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə Ulu Öndərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Həmçinin, bildirilib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini qoyub və bununla da Ulu Öndərin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin böyük bir hissəsi, nəhəng tarixi şəxsiyyətdir.