Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcəyi Moskvaya gəlib.
Referans xəbər verir ki, Paşinyanın səfəri ilə bağlı razılıq onun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı əldə olunub.
Ermənistanın baş naziri Putinin Qələbə günü münasibətilə təbrik etdiyi liderlərdən biri olub.
Xatırladaq ki, fevralda Paşinyan müsahibəsində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulduğunu bildirib.
Qeyd edək ki, Qələbə bayramı şənliklərində 29 xarici ölkənin liderləri iştirak edəcək. Bir sıra digər ölkələr, o cümlədən ABŞ təmsil olunacaq, lakin ən yüksək səviyyədə deyil.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta