AZ

Ukrayna Ali Radası ABŞ ilə faydalı qazıntılar haqqında sazişi ratifikasiya edib

Bakı. Trend:

Ukrayna Ali Radası bu yaxınlarda Ukrayna ilə ABŞ arasındafaydalı qazıntılar haqqında imzalanmış sazişi ratifikasiyaedib.

Trend Radanınonlayn yayımına istinadən xəbər verir ki, 338 xalq deputatı onun“lehinə” səs verib.

Beləliklə, bu gün parlament məhz İnvestisiya Fondununyaradılmasına imkan verəcək hökumətlərarası sazişi ratifikasiyaedib.

Bundan əvvəl ratifikasiya parlament komitələri tərəfindən təsdiqedilib, Nazirlər Kabineti isə izahat yazısı, sazişin mətninin özüvə qeydiyyat kimi zəruri sənədləri təqdim edib.

Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsiTaras Kaçka daha əvvəl izah etmişdi ki, tərəflərin daha sonraimzalayacağı iki əlavə texniki saziş var. Lakin onları Ali Radadaratifikasiya etmək lazım deyil.

Ratifikasiya olunmuş sənəd ikinci mərhələyə – iki “texniki”sazişin razılaşdırılmasına yol açır.

Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri DavidAraxamiya telemarafonun efirində bildirib.

O, bildirib ki, ABŞ qanunvericiliyi Ukrayna ilə tərəfdaşlıqsazişinin ratifikasiyasını tələb etmir. Lakin Ukrayna parlamentisazişi ratifikasiya etməli olub, çünki o, vergilər, rüsumlar vəİnvestisiyaların Bərpası Fonduna ödənişlər məsələsini özündə ehtivaedir.

D.Araxamiya ümid edir ki, artıq sabah, mayın 9-da ratifikasiyahaqqında qanun layihəsi Prezident Volodimir Zelenski tərəfindənimzalanacaq.

Seçilən
0
2
az.trend.az

7Mənbələr