Yeni Roma Papası seçilib.
"Cebheinfo.az” xəbər verir ki, bunu göstərən əlamət artıq var. belə ki, Vatikanda Sikstin kapellasının bacasından ağ tüstü çıxır. Bu, yeni Papanın seçildiyini xlaqa elan edir.
Qeyd edək ki, seçilmək üçün yaşı 80-dən aşağı olan 133 iştirakçıdan biri səslərin üçdə ikisini (89 səs) toplamalı idi. Hələlik namizədlərdən hansının seçildiyi bəlli deyil.
Xatırladaq ki, Konklav səsvermənin ilk günündə yeni Roma Papasını seçə bilməmişdi.