ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tramp xatırladıb ki, Vaşinqton Kiyevlə nadir torpaq metallarına dair müqaviləni yenicə bağlayıb və bu saziş Ukrayna qanunverici orqanı tərəfindən tam ratifikasiya edilib və təsdiqlənib.
ABŞ Prezidenti vurğulayıb ki, Amerika tərəfi bunu yüksək qiymətləndirir və həmçinin yaxın gələcəkdə Zelenski ilə danışmağı planlaşdırır.
Xatırladaq ki, mayın 8-də Ali Rada əvvəllər ABŞ və Ukraynanın imzaladığı faydalı qazıntı sazişini ratifikasiya edib .