AZ

Bu ilin ilk rübündə ölkədən 19,3 milyon dollarlıq alma ixrac edilib

Bu ilin yanvar-mart aylarında ölkədən 19,3 milyon ABŞ dolları dəyərində 28,9 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 17,1 faiz və ya 2,8 milyon dollar, həcm baxımından isə 16,6 faiz və ya 4,1 min ton çoxdur.

2025-ci ilin ilk rübündə almanın ümumi ixracda xüsusi çəkisi 0,3 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,51 faizə bərabər olub.

Seçilən
0
vergiler.az

1Mənbələr