“Xankəndi” komandası AFFA Region Liqasının yarımfinalına yüksəlib.
"Unikal" xəbər verir ki, sözügedən kollektiv 1/4 finalın cavab qarşılaşmasında "Çinar Zəngilan"ı böyük hesabla yenib - 3:0.
İlk görüşdə 2:0 hesablı qələbəyə sevinən "Xankəndi" yarımfinalda mübarizə aparmaq hüququ qazanıb.
Qeyd edək ki, Region Liqasının yarımfinal matçları növbəti həftə baş tutacaq.