AZ

Azərbaycanda Çinli turistlərin ən çox üstünlük verdiyi bölgələr

Bu ilin ilk üç ayı ərzində Çindən Azərbaycana gələn turistlər ölkəmizdə ümumilikdə 23 573 gecə keçiriblər. Gecələmələrin bölgələr üzrə paylanması, Çin vətəndaşlarının səfər vərdişləri və maraq göstərdikləri məkanlar barədə maraqlı mənzərə yaradır.

Valyuta.az xəbər verir ki, rəqəmlərə əsasən, Çinli turistlərin əsas ünvanı Bakı olub. Onlar paytaxtda 14 800 gecə qalıblar. Bu, ümumi gecələmələrin böyük hissəsini təşkil edir və Bakının Çin turistləri üçün əsas cazibə mərkəzi olduğunu göstərir.

Bölgələr içərisində isə Naftalan şəhəri xüsusilə seçilir – burada Çin vətəndaşları 2 291 gecə keçiriblər. Sağlamlıq turizmi ilə tanınan bu bölgənin Çinlilər tərəfindən seçilməsi təsadüfi deyil.

Ən az gecələmə isə Zaqatalada qeydə alınıb – cəmi 24 gecə. Bu göstərici bölgənin Çin turistləri üçün hələlik geniş tanınmadığını və tanıtım potensialının olduğunu göstərir.

Digər bölgələr üzrə gecələmələrin sayı isə belədir:

Qax – 1 110 gecə

Qusar – 1 148 gecə

Qəbələ – 825 gecə

Şəki – 625 gecə

Quba – 589 gecə

Gəncə – 447 gecə

Şamaxı – 370 gecə

İsmayıllı – 353 gecə

Lənkəran – 118 gecə

Şabran – 48 gecə

Xaçmaz – 48 gecə

Digər rayon və şəhərlər – 777 gecə

Maya Hüseynova

Seçilən
0
valyuta.az

1Mənbələr