AZ

Azərbaycan Rusiyadan təbii bal alışını 22%-dən çox azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Rusiyadan 9,23 tonmiqdarında, 46,16 min ABŞ dolları dəyərində təbii bal idxaledilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Rusiyadan təbii bal alışı ötən ilin eyni dövrüilə müqayisədə miqdar ifadəsi ilə 2,71 ton və ya 22,7%, dəyərifadəsi ilə 13,56 min ABŞ dolları, yaxud 22,% azalıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Rusiya Azərbaycana 11,94ton miqdarında, 59,72 min ABŞ dolları dəyərində təbii balsatmışdı.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 41 ton miqdarında,196 min ABŞ dolları dəyərində təbii bal idxal edilib. Bu məhsul,əsasən, Ukrayna, Türkiyə və Rusiyadan alınıb.

Seçilən
0
1
az.trend.az

2Mənbələr