AZ

DTX və DSX birgə tədbir keçirdi, saxlanılan var

Narkotik vasitələrin qaçaqmalçılığına və qanunsuz dövriyyəsinəqarşı davam etdirilən tədbirlər çərçivəsində müəyyən edilmişdir ki,Azərbaycan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü ƏliyevŞəhriyar Vaqif oğlu müvafiq xarici ölkədə yaşayan şəxslə cinayətəlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycana satışməqsədilə gətiriləcək külli miqdarda narkotik vasitə sayılanqurudulmuş marixuananı Beyləqan rayonu ərazisində əldə etdikdənsonra Bakı şəhərinə apararaq gizlədəcəyi barədə əvvəlcədən razılığagəlmişdir.

Bundan sonra Şəhriyar Əliyev qarşılıqlı razılığa uyğun olaraq,həmin narkotik vasitəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisindəgizlədilmiş yerdən götürərək Bakı şəhərinə aparmaq məqsədiləavtomobilinə daşıyarkən Dövlət Təhlükəsizliyi Xidməti və DövlətSərhəd Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat-axtarıştədbirləri nəticəsində saxlanılmışdır.
Keçirilmiş baxış zamanı onun üzərindən ümumilikdə çəkisi 30kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərəkgötürülmüşdür.
Faktla əlaqədar Əliyev Şəhriyar Vaqif oğlu Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri iləcinayət məsuliyyətinə cəlb olunmuş və məhkəmənin qərarı ilə onunbarəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Seçilən
0
49
az.trend.az

5Mənbələr