AZ

“Qarabağ”ın “Barselona” və “Liverpul”dan nə fərqi var?

Premyer Liqanın 33-cü turunda “Sumqayıt”ı 2 cavabsız qolla məğlub edən “Qarabağ” cari mövsüm çempionatdakı qələbə sayını 25 oyuna yüksəldib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bununla Avropada daxili birincilikdə ən çox qalibiyyət əldə edən klubların sıralamasında ilk “10-luğ”a daxil olub.

Qurban Qurbanovun yetirmələri eyni sayda qələbəsi olan “Benfika” (Portuqaliya), “Lüdoqorets” (Bolqarıstan), “Barselona” (İspaniya), “Pafos” (Kipr) və “Liverpul”la birlikdə 7-ci yeri bölüşdürür.

Reytinqə “Srvena Zvezda” başçılıq edir. Belqrad təmsilçisi Serbiya Superliqasında keçirdiyi 34 oyunun 31-də qələbə qazanıb.

“Slaviya” (Çexiya), “Seltik” (Şotlandiya) və “Linfild” (Şimali İrlandiya) aktivinə 27 qalibiyyət yazdırıb. “Qalatasaray”la (Türkiyə) TNS (Uels) “Qarabağ”ı cəmi 1 qələbə üstələyir.

Seçilən
0
sportinfo.az

1Mənbələr