Xalq artisti Aygün Kazımova ötən gün ADA Universitetində tələbələrlə görüşüb.
Kult.az xəbər verir ki, müğənni növbəti dəfə geyimi ilə diqqət çəkib.
Onun "Alexander Wang" brendinə məxsus olan ətəyinin qiyməti 595 dollar, yəni 1011 manatdır. Eyni brendə məxsus olan pencək isə 1140 avro, yəni 2198 manatdır.
İfaçının "Trompe-l'œil"ə məxsus botlarının qiyməti 4500 avro, yəni 8678 manatdır.
Kazımovanın istifadə etdiyi "Bottega Veneta" brendinə məxsus gün eynəyinin isə qiyməti 381 dollar, yəni 647 manatdır.