AZ

Zelenski küçədə: "Ya Rusiya dəyişəcək, ya da..."

Ukrayna prezidenti Vladimir Zelenski İkinci Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümü ilə əlaqədar paytaxt Kiyevin küçələrində gəzərkən videomüraciət paylaşıb.

News24.az xəbər verir ki, bu günün nasizm üzərində qələbə günü kimi qeyd olunduğunu qeyd edən Zelenski İkinci Dünya Müharibəsində 8 milyondan çox ukraynalının həyatını itirdiyini bildirib.

Rusiyanın təxminən 3 il əvvəl Ukraynaya qarşı müharibəyə başladığını xatırladan Zelenski, "Təəssüf ki, 3 il əvvəl də eyni şey təkrarlandı. Elə o vaxt olduğu kimi, Kiyev səmasında hava hücumu sirenləri səsləndi və torpaqlarımıza yenidən şər endi" dedi.

Müharibəyə baxmayaraq, Ukrayna xalqının ölkədə yaşamağa davam etdiyini və sülh üçün mübarizəni davam etdirdiyini vurğulayan Zelenski, "Hər birimiz sülhün bərqərar olmasını, sülhün hökm sürməsini istəyirik. Bunun üçün mübarizə aparırıq. Ya Rusiya kökündən dəyişməli olacaq, ya da dünya dəyişməli olacaq”,- deyə bildirib.

Günel Məlikzadə

Seçilən
0
1
news24.az

3Mənbələr