AFFA U-15 Liqasında 1/4 final mərhələsində 3 cavab görüşü keçirilib.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" "Araz-Naxçıvan" səddini darmadağınla aşıb.
Bundan başqa, "Qəbələ" və "Neftçi" yarımfinala vəsiqə qazanıb.
AFFA U-15 Liqası
1/4 final, cavab oyunları
“Qəbələ” - “Sumqayıt” 2:0 (ilk oyun - 1:2)
Elcan Mahmudov, 13; Mehdi İsmayılov, 52
“Qarabağ” - “Araz Naxçıvan” 12:0 (ilk oyun - 7:0)
Seyid Zalov, 15, 50, 63; Yunis İsmayılov, 17; Samir Həsənov, 21; Davud Abdullayev, 62; Camal Hüseynli, 64, 76; Əhəd Hacızadə, 74; Məhəmməd Məmmədov, 75, 78, 80
“Zirə” - “Neftçi” 0:2 (ilk oyun - 1:1)
Qafar Babayev, 30, 43
Bombardirlər: Ruslan Əbilov (“Sabah”) - 35, Ömər Kosayev (“Sumqayıt”) - 34 qol.
“Sabah” və “Vətən” arasında cavab oyunu bu gün keçiriləcək.