ADA Universitetində “Adavision” adlı mahnı müsabiqəsi keçirilib.Missiya.Az xəbər verir ki, tədbirdə Xalq artisti Tünzalə Ağayeva münsif kürsüsündə əyləşib. Dərin musiqi biliyinə malik pop ulduz yarışmada bir-birindən istedadlı iştirakçıların çıxışlarını qiymətləndirib. Səsvermədən sonra çıxışlar təqdim olunub.Müğənni tələbələr üçün “Bir də baxım” hitini ifa edib. Səhnədə onu “Tünzalə dance group” rəqs qrupu müşayiət edib.
Zərintac Mayisqızı Missiya.Az