Türkiyənin “Turkish Airlines” (Türk Hava Yolları) şirkəti Dalaman, Antalya və Bodrum kurort şəhərlərindən Rusiyaya bütün uçuşları ləğv edib. Bu barədə “RİA Novosti” turizm sənayesindəki mənbəyə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, şirkətin Rusiyanın bütün şəhərlərinə, o cümlədən Moskvaya uçuşları ləğv edilib. “Hazırda turoperatorlar telefonla vəziyyəti həll etməyə çalışırlar”, - mənbə bildirib.
Agentliyin mənbəsi əlavə edib ki, belə bir qərar Rusiya hava limanlarında uçuşların gecikmələri və ləğvi ilə bağlı ola bilər. Antalyadan Moskva və Sankt-Peterburqa ən azı 16 reys təxirə salınıb. Uçuşların təhlükəsizliyini təmin etmək üçün Rusiyanın bir sıra hava limanları, o cümlədən mayın 6 və 7-də məhdudiyyətlər tətbiq edib. “Rosaviasiya” bəyan edib ki, aviaşirkətlər cədvəli sabitləşdirmək üçün tədbirlər görür.
Almaz Həsənli