AZ

Pakistana uçuşları təxirə saldı

Türkiyənin "Turkish Airlines" aviaşirkəti Pakistana mayın 8 və 9-na planlaşdırılan uçuşları təxirə salıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

Bildirilib ki, regiondakı vəziyyətlə əlaqədar olaraq şirkət İslamabad və Lahora planlaşdırılan reysləri təxirə salıb: "Bununla da, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamət üzrə 6 reys yerinə yetirilməyəcək".

Həmin istiqamətlərə mayın 7-nə qədər bilet alan sərnişinlər əlavə ödəniş olmadan biletlərini geri qaytara bilərlər.

Milli.Az

Seçilən
0
6
milli.az

7Mənbələr