Münasibət insanın öz emosional sağlamlığına nə qədər sərmayə qoyması üzərində qurulur. Davamlı bir əlaqəyə sahib olmaq üçün özümüzün ən yaxşı variantına çatmağımızın lazım olduğunu söyləyən ailə Terapevti İvy Vong deyib:
"Partnyorunuz güzgü kimidir, sizə yaralı yerlərinizi göstərir və sağalmaq üçün fürsət verir".
News24.az xəbər verir ki, Verywell Mind müəllifləri Reddit istifadəçilərindən emosional sabitlik üçün 13 məsləhət toplayıblar:
- Emosional cəhətdən sağlam olduğunuz zaman doğru insanı cəlb edirsiniz. Münasibətə girərkən unutmayın ki, münasibətlər sehrli şəkildə problemləri həll etmir.
- Terapiyaya ehtiyacın olduğunu düşünürsənsə, get. Etməsən də get. Terapiyaya getmək həmişə yaxşı bir fikirdir.
- Tərəfdaşınız ağıl oxucusu deyil, ona görə də aydın və birbaşa ünsiyyət qurmaq vacibdir.
- Qəzəbli olduğunuz zaman heç vaxt mesaj yazmayın; üzbəüz və ya telefonla danışmaq daha təsirli olur. Özünüzü idarə etmək çətin ola bilər, amma bu, mütləq kömək edir.
- Xırda şeylər, nə olursa olsun, göz ardı edilməməlidir. Bu kimi məsələləri gündəmə gətirmək münasibətlərinizin davamlılığı üçün çox vacibdir.
- Unutmayın ki, problem sizinlə partnyorunuz arasındadır. Problemlə mübarizə aparın, bir-birinizlə yox.
- Hər gün gülün, zarafat edin, uşaq kimi davranın, bir-birinizin arxasınca qaçın. Əylən!
- Tərəfdaşınızı maraqlandıran şeylərə maraq göstərin. Biganə olmayın.
- Başqalarının münasibətlərinizə təsir etməsinə imkan verməyin. Üçüncü tərəflərin fikirləri ünsiyyətinizin dinamikasını dəyişməməlidir.
- Bir hobbi edin və təkbaşına məşğul olun. Özünüzə vaxt ayırmaq sizə daha yaxşı tərəfdaş olmağa kömək edəcək.
- Əsas uyğunluq çox vacibdir. Nə qədər yaxşı ünsiyyət qurmağınızdan asılı olmayaraq, uşaq sahibi olmaq istəməyən bir tərəfdaşın uşaq istəyən bir tərəfdaşla anlaşması çətindir.
- Dini inanclar və siyasət kimi həyatınıza təsir edə biləcək mühüm məsələlərdə razılaşıb-razılaşmadığınıza diqqət yetirin.
- Münasibətinizin təməli dostluq olmalıdır. Bu təmələ sadiq qalsanız, hər şey daha sağlam inkişaf edəcək.
Günel Məlikzadə