AZ

"Trabzonspor" - "Qalatasaray" matçının baş hakimi məlum OLDU

Türkiyə Super Liqasının 35-ci turunda keçiriləcək qarşılaşmaların hakimləri bəlli olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Turun əsas qarşılaşmalarından "Trabzonspor" - "Qalatasaray" matçını Atilla Karaoğlanın idarə edəcəyi bildirilib.

Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" görüşü mayın 10-u saat 20:00-da start götürəcək.

Seçilən
0
2
redaktor.az

3Mənbələr