AZ

“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ınmənfəəti 5 dəfə artdı

“Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC 2024-cü ili 32 438 manat mənfəətlə başa vurub. 2023-cü ildə ASC-nin mənfəəti 6 170 manat olub ki, bu da illik müqayisədə 5 dəfədən çox artımdır.

Avtosfer.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin satışdan gəlirləri 32% artaraq 116 560 manat, işçi heyəti üzrə xərcləri 4% artaraq 23 125 manat olub.

Hesabat dövründə şirkətin cəmi aktivləri 368 014 manatdan 375 723 manata, cəmi öhdəlikləri 59 055 manatdan 40 496 manata, cəmi kapitalı isə 208 959 manatdan 335 228 manata çatıb.

Seçilən
0
1
avtosfer.az

2Mənbələr