AZ

Ulu öndər siyasi, hərbi, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın inkişaf strategiyasını hazırlayıb – Musa Quliyev

Bakı. Trend:

Sovet Azərbaycanına rəhbərliyi dövründə Ümummilli lider HeydərƏliyevin xalq, dövlət və tarix qarşısında ən böyük xidmətlərindənbiri də milli intibahın, tarixi şüurun oyanışına yönəlik qərarlarqəbul etməsi, fəaliyyət göstərməsi, 1977-ci ildə SSRİ-də aparılanKonstitusiya islahatları çərçivəsində Azərbaycan dilinin AzərbaycanSSR-in Konstitusiyasına dövlət dili kimi təsbit edilməsi olub.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininsədri Musa Quliyev parlamentin “Konstitusiya və Suverenlik İli”nəhəsr olunan “Ümummilli Lider Heydər Əliyev müstəqil AzərbaycanKonstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında çıxışızamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Ümummilli lider Heydər Əliyevrespublika rəhbərliyinə ikinci dəfə qayıtdıqdan sonra böyük siyasi,hərbi, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın inkişafstrategiyasını hazırlayıb.

“Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanınilk Konstitusiyasında ölkəmizin siyasi sistemi, insan hüquq vəazadlıqları, iqtisadi münasibətlər və sosial təminatlar kimi mühümmüddəalar öz əksini tapıb. Ulu Öndər Heydər Əliyevin apardığısosial-iqtisadi islahatların nəticəsində ölkəmiz iqtisadi sabitlikvə inkişaf dövrünə qədəm qoydu. Heydər Əliyevin müasir dövlətçiliksiyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyasıdır. Uluöndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxilisiyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xəttihəmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfideyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının30%-dən yuxarı olması artıq ənənə halını alıb”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyərəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılıb:

“Qısa müddət ərzində respublikada işsizlik 5%-ə, yoxsulluq isə5,6%-ə endirilib. 2003-2025-ci illərdə Azərbaycanda 2,2 milyon yeniiş yeri açılıb, minimum əməkhaqqı 44 dəfə artaraq 400 manata, ortaaylıq əməkhaqqı 13 dəfə artaraq 1 010 manata, minimum pensiya 16dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535manata çatıb. 2019-cu ildən başlayaraq ölkəmizdə 5 dərin sosialislahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosialtəminatının yaxşılaşmasına xidmət edir”.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr