AZ

Azərbaycanın müvəqqəti işlər vəkili suriyalı nazirlə görüşüb


Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın vəqflər naziri Məhəmməd Əbu əl-Xeyr Şükri ilə görüşüb. Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Tərəflər iki dost xalq arasında əlaqələri daha da möhkəmləndirmək məqsədilə İslam işləri və vəqflər sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Həmçinin agentlik qeyd edib ki, Şahhüseynov görüş zamanı Azərbaycan rəhbərliyinin qarşılıqlı maraq doğuran məsələlərdə iki ölkə arasında əlaqələndirmə və əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Mətləb

Seçilən
0
baki-xeber.com

1Mənbələr