AZ

Bakı və Sumqayıtda silah-sursat aşkarlandı

​BAKI, 8 may. TELEQRAF

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Növbəti profilaktik tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan 3 sakin könüllü olaraq 3 avtomat silahı, 2 patron darağı və 39 patronu polisə təhvil veriblər.

Araşdırmalar aparılır.

Seçilən
0
3
teleqraf.com

10Mənbələr