AZ

Avropa Parlamentinin deputatları mayın 9-da Moskvaya gələcəklər

Avropa Parlamentinin beş üzvü Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı bu həftə keçiriləcək paradda iştirak edəcək.

Herbiand.az bildirir ki, bu barədə “Der Spiegel” yazıb.

Nəşr qeyd edib ki, Avropa Parlamentinin Almaniyadan olan üzvləri Moskvada parlamentarilər və digər siyasət və mədəniyyət nümayəndələri ilə danışıqlar aparmaq istəyirlər. Nümayəndə heyətinə Almaniyanın “Sahra Wagenknecht Alliance” partiyasından olan Avropa Parlamentinin deputatları Rut Firmenih və Mixael fon der Şulenburq daxildir.

“Moskvaya iki günlük səfər Çexiya, Kipr və Slovakiyadan olan digər üç deputatla birlikdə Rusiyanın elan etdiyi atəşkəs zamanı baş tutacaq”, - məqalədə qeyd edilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
3
herbiand.az

6Mənbələr