AZ

Prezidentin o sərəncamı... - hökumətə verilən 3 aylıq vaxt BİTİB

Bu gün, 12:06

Minimum əməkhaqqı artırıldı, bəs sosial müavinətlər?

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il minimum aylıq əməkhaqqı məbləği 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməklə 2019-cu ildən bəri ölkədə həyata keçirilən sayca 5-ci sosial islahat paketinin icrasına başlanıldığı elan edilib. Lakin sosial islahat paketi çərçivəsində sosial müavinət və təqaüdlər də artırılmalıdır.
Prezidentin keçən il dekabrın 23-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamla hökumətə tapşırılmışdı ki, bu haqda təkliflərini üç ay müddətində dövlət başçısına təqdim etsin.
Suya da od kimi yanaşmalıyıq – Pərviz Heydərovun şərhi
Pərviz Heydərov
İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Prezidentin  sərəncamı ilə Nazirlər Kabinetinə verdiyi müddət martın 23-də başa çatıb. Onun sözlərinə görə, artımlar hələ ki gecikir.
“Hesab edirəm ki, büdcədə 3 milyard 3 milyon manat profisit, üstəgəl, 2025-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə öncədən 4 milyard 811 milyon manat ayrılması fonunda müavinət və təqaüdlərin hələ ki artırılmaması hökumətin ola bilsin, dünya bazarlarında neftin və sairənin qiymətləri ilə bağlı tələsik qərar verməmək və yaxud addım atmamaq istəyi ilə bağlıdır. Çünki buna başqa cür izahat vermək çətindir”, - ekspert vurğulayıb.
Bəs artımlar reallaşmaya bilərmi? Çünki büdcədə neftin qiyməti 70 dollar götürülüb, hazırda dünya bazarında 55-60 dollara satılır. Hətta bəzi siyasətçilər devalvasiyanı qaçılmaz adlandırıb və hökuməti bu addıma getməyə çağırıb.
Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...
 Xalid Kərimli 
İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ötən ilin büdcəsi müzakirə edilib qəbul edilən zamanı sosial ödənişlər və əməkhaqları üçün vəsait ayrılıb: “Bu il minimum əməkhaqqı artırılanda gözlənti var idi ki, bu növ təqaüdlər və müavinətlər də artırılacaq. Bu gözləntini elə hökumətin özü yaratmışdı. Həm büdcədən 1 milyard manat pulun ayrılmasını nəzərdə tutmaqla, həm də sosial mesajlarla belə bir fikir formalaşdırmışdı. Lakin görünən odur ki, hökumət ləngidir. Büdcəni təhlil edən zaman artımın yanvar ayında olacağını gözləyirdim. Həm də ölkədə bir infilyasiya var və artımlar 2024-cü ildə də olmayıb. Ən son artımlar 2023-cü ildə olmuşdu. Bu baxımdan, təhsil sektorunda da müəllimlərin iki ildir ki, əməkhaqlarında dəyişiklik yoxdur. Bu baxımdan gözlənti var idi və büdcədə ehtiyat nəzərdə tutulmuşdu. Lakin hökumət ləngidir, artıq 5-ci aydır ki, qərarlar qəbul edilmir. Ola bilsin ki, dünyadakı vəziyyəti müşahidə edir, neftin qiyməti ilin əvvəlindən 18 faiz düşüb. Son bir ildə 25 faizə qədər azalma var. Dövlətin ticarət və neft-qaz sektorundan gəlirləri azalıb. Yəqin ki, hökumət ehtiyat edir. Çünki əməkhaqqını qaldırmaq, sosial müavinəti artırmaq o qədər də mürəkkəb texnologiya deyil. Gözləyib görək strategiyasının olduğunu düşünürəm. Başqa cür məntiqli izah yoxdur. Neftin indiki qiyməti yaxşıdır. Hökumətin, görünür, qiymətin daha da düşəcəyi ilə bağlı narahatlığı var”.

İqtisadçı Elçin Rəşidov bildirib ki, neftin qiymətinin 70 dollar götürülməsinin ümumi büdcəyə təsiri  maksimum 500 milyon civarında olar: “Yəni sosial müavinətlərin artırılmasının ləngidilməsinin əsas səbəbi kimi bu təsirləri birbaşa göstərmək olmaz. Neftin qiymətinin düşməsi büdcəyə az təsir edir, lakin dövlətin gələcək strateji planlarına birbaşa aidiyyəti olur. Əvvəllər də müşahidə etmişik, neftin qiyməti qalxarkən dövlət daha səxavətli olur, düşərkən isə "kəmərləri sıxır". Bu isə bizim hökumətin strategiyasının olmamasının əlamətidir. Mövcud strategiyalar isə keyfiyyətsizdir. Onları rəhbər tutub işləmək arzuolunan deyil. Ölkənin ümumi makroiqtisadi gələcək statusu barədə işlək statusu olmalıdır. Bunun olmaması iqtisadiyyat üçün böyük itkidir.
Əks halda, hökumət neftin qiymətinə belə qısamüddətli reaksiyalarla cavab verəcək və uzunmüddətli strateji davranış göstərə bilməyəcək". 
eldeniz11.jpg (46 KB)
İqtisadçı Eldəniz Əmirov da mövzu ilə bağlı fikrini bildirib: "Nəzərə alaq ki, ötən il dekabrın sonunda imzalanan sərəncamla hökumətə təkliflərin hazırlanması tapşırığı verildi. Bu təkliflərin qəbul edilməsi, yenidən düzəlişə göndərilməsi, maliyyə imkanlarının qiymətləndirilməsi və s. müəyyən qədər vaxt tələb edir. Bu baxımdan, gecikmələr mümkündür. Hesab etmirəm ki, sosial istiqamətlər üzrə ödənişlərin dayandırılması, artımların reallaşdırılmaması baş verəcək. Doğrudur, neftin qiymətində baş verən düşmələr büdcə daxilolmalarına, ölkədə iqtisadi aktivliyə təsirini göstərir. Risklərin qiymətləndirilməsi baxımından bir qədər ehtiyatlı yanaşmaları ön plana çəkir. Bu faktorun da müəyyən qədər rolu ola bilər. Amma bu, artımların reallaşmasının qarşısını alan birbaşa səbəb ola bilməz".
Seçilən
0
Reportyor.tv

1Mənbələr