İsrail nəşri “9tv.co” xəbər verir ki,bu açıqlama ilə terror qruplaşmasının silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya çıxış edib. Onun sözlərinə görə, “pilotsuz qüvvələr iki hərbi əməliyyat keçirilib, birinci hücum Umm ər-Rəşraş bölgəsində iki pilotsuz təyyarə ilə sionist düşmənə məxsus Ramon hava limanına edilib”. Açıqlama Husilərin nəzarətində olan Yəmənin Əl-Məsirə telekanalında yayımlanıb. Bundan əlavə, general Sariyanın sözlərinə görə, husilər “Yaffa bölgəsində daha bir hədəfə” hücum ediblər. O, həmçinin qeyd edib ki, ABŞ və Ənsar Allah arasında qarşılıqlı atəşkəs haqqında Omanın vasitəçiliyi ilə əldə edilən razılaşmadan "əvvəl" husilər ABŞ-ın "Harry Truman" təyyarədaşıyan gəmisinə hücum ediblər. Və bu, yüksək səslə danışan yəmənli generalın sözlərinə görə, hücum "amerikalılar arasında çaxnaşma və çaşqınlığa,hətta "Amerika F-18 qırıcısının qəzaya uğramasına" səbəb olub. Yəhya Səriya hədələyib ki, Ənsar Allah yəhudi dövləti “Qəzzəyə qarşı təcavüzünü dayandırana və anklavın mühasirəsini qaldırana qədər” İsrailin hava və dəniz blokadasını davam etdirəcək.
Nəşr qeyd edir ki, İsraildə sözügedən husi hücumları ilə bağlı heç nə məlum deyil. Görünür, əvvəllər olduğu kimi, onlar yenə cəsarətlə niyyətlərini real nəticəyə çevirməyi bacarıblar.
Surxay Əliyev