AZ

Qırğızıstan Hindistan və Pakistandan olan işçilərlə DANIŞIQLAR APARIR

Qırğızıstan Hindistan və Pakistan işçiləri ilə münaqişələrin qarşısını almaq üçün danışıqlar aparır.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Qırğızıstanın Çuy vilayətinin polisi Hindistan və Pakistandan gələn işçilərlə profilaktik tədbirlər həyata keçirir.

Tədbirlər millətlərarası münaqişələrin qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilir.

Diaspor nümayəndələri ilə izahat xarakterli görüşlər təşkil edilir, sosial şəbəkələr, onlayn platformalar izlənilir.

Bundan əlavə, Manas beynəlxalq hava limanında və iki ölkənin diplomatik nümayəndəliklərində təhlükəsizlik təmin edilib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları bu istiqamətdə gücləndirilmiş iş rejimində işləyirlər.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
0
interpress.az

1Mənbələr