AZ

Ağcaqanad sancmasından qurtulmanın 10 yolu

Ağcaqanad sancması dişi ağcaqanadların qan əmməsi nəticəsində yaranan, ümumiyyətlə qaşınan və yüngül şişlik olan bir dərialtı reaksiya formasıdır.

 

Pravda.az bildirir ki, dişi ağcaqanadlar çoxalma prosesləri üçün lazım olan zülalları qandan alırlar. Bu səbəbdən insanlar və digər istiqanlı canlıları sancırlar. Dişi ağcaqanad incə bir xortum vasitəsilə dərini deşərək qan damarlarına daxil olur. Bu zaman qanı laxtalanmaması üçün tüpürcəyindəki bəzi maddələri bədənin qan dövranına ötürür. İmmun sistemi bu maddələrə qarşı reaksiya verir və bu da tipik qaşınma, qızarıqlıq və şişlik kimi əlamətlərə səbəb olur.

 

Ağcaqanad sancması nədir?

 

Dişi ağcaqanadlar çoxalma prosesi üçün proteinə ehtiyac duyurlar və bu proteini də qandan alırlar, buna görə insan və digər istiqanlıların qanını əmirlər. Qandan alarkən qan damarlarına çatır və qanı laxtalanmaması üçün tüpürcəyindəki antikoaqülyan maddələri damarların içinə verir. Vücudumuz bu maddələrə reaksiya verir və ağcaqanad sancması qaşınma, şişlik kimi narahatlıq yaradır.

 

Ağcaqanad sancmasının əlamətləri nələrdir?

 

Ağcaqanad sancması, əksər hallarda sadə qaşınma və qızarıqlıqla məhdudlaşsa da, şəxsin yaşı, immun sistemi və ağcaqanadın növünə görə əlamətlər dəyişə bilər.

 

Ən yaygın və bəzən daha ciddi olabiləcək əlamətlər bunlardır:

 

- Qaşınma

- Qızarıqlıq

- Şişlik (kiçik və dairəvi)

- Sancılan nahiyədə istilik hissi

- Su dolu kiçik qabarcıqlar (xüsusilə uşaqlarda)

 

Allergiya reaksiyasının əlamətləri         

 

- Böyük ölçüdə şişlik (10 sm-dən böyük)

- Şiddətli qaşınma və geniş yayılmış qızarıqlıq

- Baş ağrısı, halsızlıq (xüsusilə uşaqlarda)

 

Zəhərli ağcaqanad sancması əlamətləri        

 

- Yüksək istilik

- Baş ağrısı, ürəkbulanma, qusma

- Əzələ və oynaqlarda ağrılar

- Dəri səpkiləri

- Limfa vəzilərində şişlik

 

Əgər əlamətlər kəskin formadadırsa və ya səyahət sonrası baş veribsə, xüsusən tropik bölgələrə gedildiyində və ya ağcaqanad allergiyası varsa, bir tibbi müəssisəyə müraciət etmək vacibdir.

 

Ağcaqanad sancması qaşınması nədir?

 

Dişi ağcaqanadlar sancmağa başlamazdan əvvəl bədən üzərində kiçik bir nöqtə axtarırlar və ən çox incə damarların olduğu bölgələrə meyllidirlər. İncə damarlar bədənin qan dövran sisteminin ən uzaq hissəsidir və qanı dərinin altından daha böyük damarlarına yönəldir.

 

Ağcaqanadlar sancma zamanı istehsal etdikləri mayeni dərinin altına yerləşdirir. Bu maye, zülallar və antikoaqülyan maddələri ehtiva edir, bu da bədənin immun sistemi tərəfindən yad bir maddə kimi qəbul edilir. Bədən bu maddələrə reaksiya verir və sancma bölgəsində istilik artışı və qaşınma hissi yaradır. Əksər hallarda ağcaqanad sancmaları qaşınan, lakin ağrısız olur və öz-özünə sağalır. Ağcaqanadlar dəridə şişkinlik və qaşınma yaratmaqla yanaşı, allergik reaksiya və bəzən xəstəlikləri yaymaqla da nəticələnə bilər.

 

Ağcaqanad sancması nə zaman keçir?

 

Ağcaqanad insanla təmasda olduğunda, bu təmas ortalama 6 dəqiqə davam edir. Normalda ağcaqanad sancmasının əlamətləri təmasdan sonra ilk 48 saat ərzində meydana gəlir. İlk olaraq kiçik qırmızı nöqtə yaranır və sonra qaşınma ilə bu ərazidə şişlik başlar. Ağcaqanad sancmaları ümumiyyətlə 2-3 gün ərzində sağalır.

 

Ağcaqanad sancmasına nə yaxşı təsir edir?

 

Ağcaqanad sancması sonrası bəzi müdaxilələrlə dərinin göstərdiyi reaksiyalar yüngülləşdirilə bilər. Ağcaqanad sancmasından sonra aşağıdakıları tətbiq etmək faydalıdır:

 

Ağcaqanad sancmasından sonra dərinin həmin hissəsi əvvəlcə su və sabunla təmizlənməlidir.

 

Qaşınma, qızarıqlıq və şişkinliyin azaldılması üçün ara-sıra buz və ya soyuq nəm kompreslər tətbiq oluna bilər.

 

Aloe vera, bal, sodalı su, duzlu su kompresləri və alma sirkəsi dəridə yara və qıcıqlanma yoxdursa qısa müddət ərzində tətbiq oluna bilər. Lakin bu tətbiqlərin bəzən dəridə qıcıqlanmalara səbəb ola biləcəyini unutmayın.

 

Bir çox ağrılı və istilik artımının olduğu hallarda tibbi yardım tələb olunur.

 

Allergik reaksiyanın şiddətli inkişaf etdiyi hallarda topikal steroidli kremlər, antihistaminik və antibiotik krem ilə müalicə edilə bilər. Topikal müalicəyə cavab verməyən şəxslər üçün sistemik müalicə üsulları tətbiq edilə bilər.

 

Ağcaqanad sancmalarının qarşısını necə almaq olar?

 

Yaz aylarında çox narahatedici olan ağcaqanad sancmalarını qarşısını almaq üçün bəzi vasitələrdən istifadə oluna bilər. Bunlar aşağıdakılardır:

 

Yatarkən mümkün olduğu qədər uzun paltarlar geyinmək.

 

Ağcaqanad dərmanları istifadə etmək.

 

Qara paltarlar geyinməkdən qaçınmaq.

 

Tez-tez duş alaraq tərli və nəmli olmamağa diqqət etmək.

 

Gecə və səhər saatlarında çöldə qalınan zamanları qısa tutmaq.

 

Pəncərələrə ağcaqanadların evə daxil olmasını əngəlləmək üçün torlardan istifadə etmək.

 

 

Ağcaqanadlarla mübarizədə kimyəvi məhsullar yerinə təbii üsullar da istifadə edilə bilər. Bitki yağları, evdə hazırlanmış qarışıqlar və  sayəsində ağcaqanadları uzaq tutmaq mümkündür.

 

Ağcaqanadı qovmaq üçün təbii üsullar bunlardır:

 

Limon okaliptüs yağı: Təbiətə əsaslanan DEET alternativi olaraq bilinən bu yağ dərinizə çəkildiyində effektiv qoruma təmin edir.

 

Lavanda yağı: Ağcaqanadları uzaqlaşdırarkən dəridə rahatlatıcı təsir yaradır.

 

Nanə yağı: Güclü qoxusu ilə ağcaqanadları uzaqlaşdırır; eyni zamanda dəriyə sərinlik hissi verir.

 

Reyhan: Pəncərə kənarlarına və ya balkonlara qoyulduqda ağcaqanadları uzaq tutar.

 

Sarımsaq: Yeyildikdə və ya qaynadılıb sprey şəklində istifadə edildikdə ağcaqanadları uzaq tutar.

 

Alma sirkəsi: Dərinizə su ilə qarışdırılıb tətbiq edildikdə təbii qovucu təsiri göstərir.

 

Mixək və limon qarışımı: Kəsilmiş limona batırılmış mixək masa üzərinə qoyulması da təsirlidir.

 

Bu təbii üsullar doğru və davamlı tətbiq olunduqda ağcaqanad sancmalarını böyük ölçüdə azaldır.

 

Ağcaqanadlar kimləri sancmağı sevir?

 

Hər birimiz ətrafımızdan ağcaqanadların bəzən yalnız müəyyən şəxsləri sancdığını eşidirik. Bəs, kimləri?

 

Ağcaqanadlar cinsiyyətə görə seçici olurlar və kişiləri daha çox sancarlar.

 

Ağcaqanadlar 0 qan qrupuna sahib olanları daha çox sevərlər.

 

Bir şəxs nə qədər çox karbondioksid ifraz edirsə, ağcaqanadlar üçün o qədər cazibədar olurlar. Bu səbəbdən sürətli metabolizması olan insanlar daha çox karbondioksid buraxırlar.

 

Qısa müddət əvvəl idman edən şəxslər də ağcaqanadların diqqətini çəkirlər, çünki idmanla ifraz olunan laktik asid ağcaqanadlar üçün cazibədar olur.

 

Həmçinin, ürik asid və amonyak qoxusu verən şəxslər ağcaqanadlar üçün daha cazibədar hədəfdir.

 

Bədən istiliyi yüksək olan insanlar da ağcaqanadların hədəfi ola bilər.

 

Tərləmə miqdarı da ağcaqanad hücumlarında mühüm bir amildir.

 

Uşaqlarda ağcaqanad sancması

 

Ağcaqanad sancmaları böyüklərə nisbətən uşaqlara daha çox təsir edə bilər. Bunun səbəbi ağcaqanadın sancarkən dərinin altına buraxdığı mayedə olan zülalların bədənin immun sistemində daha güclü reaksiya yaratmasıdır. Bu səbəbdən uşaqları ağcaqanad sancmalarından qorumaq vacibdir.

 

Yay aylarında uşaqlarınızı ağcaqanad sancmalarından qorumaq üçün onların əllərini və ayaqlarını örtən paltarlar geyindirməlisiniz. Ayrıca baş nahiyəsindən sancılmalarını önləmək üçün papaq istifadə edə bilərsiniz. Uşağınızı ağcaqanad sancmalarından qoruya bilmədiyiniz şəraitdə, uşaqlar üçün xüsusi hazırlanmış ağcaqanad qovucu spreylərdən istifadə edə bilərsiniz. Bu spreyleri yalnız körpəniz 2 aydan yuxarı olduqda istifadə etməlisiniz.

 

Əminə Bayramova

Tarix: 8 May 2025, 11:33   
Seçilən
0
1
pravda.az

2Mənbələr