AZ

Ukrayna ordusu Xarkovda əraziləri azad etdi

BAKI, 8 may. TELEQRAF

Ukrayna qoşunları Xarkov vilayətinin Liptsı şəhəri yaxınlığında mövqelərini bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna ordusunun 13-cü briqadası Liptsıdan şimalda meşə ərazisini azad edib:

“Ukrayna Milli Qvardiyasının 13-cü briqadası Müdafiə Qüvvələrinin digər bölmələri ilə birlikdə Xarkov vilayətinin Liptsı şəhərinin şimalındakı meşə sahəsinin azad edilməsi üzrə genişmiqyaslı əməliyyatı başa çatdırıb. İşğal olunmuş ərazinin ümumi sahəsi 200 hektardan çoxdur”.

Qeyd olunur ki, meşə təsərrüfatı uğrunda döyüşlər 5 ay yarım davam edib. Bu müddət ərzində Rusiyanın 1500-ə itki verdiyi bildirilib.

Seçilən
0
teleqraf.com

1Mənbələr