BAKI, TurkicWorld
İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 16 nəfər saxlanılıb.
TurkicWorld xəbər verir ki, İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosunun rəhbərliyi ilə İŞİD silahlı terror təşkilatı və münaqişə bölgələri ilə əlaqəsi olduğu müəyyən edilən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 23 şübhəlidən 16-sı saxlanılıb, 7 nəfərin isə axtarışı davam etdirilir. Hazırda hüquq-mühafizə orqanları qaçan şəxslərin yerinin müəyyən edilməsi və onların ələ keçirilməsi istiqamətində iş aparır.
Qeyd edək ki, Türkiyə son illərdə terror təşkilatlarına qarşı apardığı mübarizədə əhəmiyyətli nəticələr əldə edib və təhlükəsizlik tədbirlərini daha da gücləndirməkdə davam edir.