Fars körfəzinin adı dəyişdirildi. Körfəzin yeni adı "Ərəb"dir.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu qəfil dəyişikliyi "Google" edib. Şirkətin xəritəçəkmə proqramında Fars körfəzi "Ərəb körfəzi" kimi göstərilib.
Bildirilir ki, bu dəyişiklik Yaxın Şərq bölgəsindəki istifadəçilərə təsir edir. Axtarış sisteminə “Ərəb körfəzi” və ya “Fars körfəzi” yazsalar, nəticə “Ərəb körfəzi” etiketi olacaq.
Qeyd edək ki, Amerika mediası bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın gələn həftə Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdığını yazmışdı. Səfər zamanı o, ABŞ-ın bundan sonra Fars körfəzini "Ərəb körfəzi" adlandıracağını açıqlayacaq.
Bu qərarın İranı qəzəbləndirəcəyi bildirilir. Amma hələ ki, Tehranın rəsmi mövqeyi bəlli deyil.