Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən xüsusi iclasında bildirib ki, Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. O qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır: “1995-ci ildə qəbul edilən ali sənəd dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər. Ulu Öndərin başlatdığı işləri layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları misilsiz tarixi qələbələri ilə davam etdirilib. Azərbaycan hazırda Avrasiyanın önəmli energetika mərkəzinə çevrilib."
Mətləb Salahov