İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həbs edilən sabiq mer Əkrəm İmamoğlunun “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabı Türkiyə daxilində məhkəmə qərarı ilə bloklanıb. Bu barədə “NTV Türkiyə” məlumat yayıb.
İstanbul məhkəməsinin qərarı əsasında, İmamoğlunun hesabına girişin məhdudlaşdırılması barədə göstəriş həm İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna (BTK), həm də sosial platformaya təqdim edilib.
Hazırda İmamoğlunun profili yalnız Türkiyə ərazisində bloklanıb. Digər ölkələrdən hesab hələ də əlçatandır.
N.Təbrizli