“Yumuşaq güc” konsepsiyasının müəllifi Cozef Nay vəfat edib.
Herbiand.az xarici agentliklərə istinadən xəbər verir ki, 88 yaşında dünyasını dəyişən Cozef Nay beynəlxalq münasibətlərdə neoliberalizmin əsas ideoloqlarından biri kimi tanınırdı Harvard Universitetinin professor idi.
Bir vaxtlar ABŞ müdafiə nazirinin müavini (1994-1995) vəzifəsini tutmuş Nay Donald Trampın siyasətinin ən sərt tənqidçilərindən idi. O hesab edirdi ki, Trampın addımları ABŞ-ın dünyada təsirinin güclənməsinə töhfə vermir.
Politoloq hesab edirdi ki, hakimiyyət təkcə hərbi qüdrətə və iqtisadi məcburiyyətə əsaslanmır, həm də cəlbediciliklə əldə edilə bilər. Onun nəzəriyyəsinə görə uzunmüddətli perspektivdə çox vaxt qalib gələn "yumşaq güc" olur.