Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan MMA üzrə ASED-16 peşəkar turniri keçirilib.
İdman.biz xəbər verir ki, döyüşlər Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.
Turnirin əsas döyüşlərində Elmir Cəfərov Xəyal Niftəliyevi, Mürvət Rüstəmov Fərhad Əhmədovu, Ilkin Babayev Tural Məmmədovu, Şamil Adibayev Nicat Tağıyevi məğlub edib. Gənc Nihad Quliyev isə təcrübəli rəqibi Marat Səfərov üzərində qələbə qazanıb.
Digər döyüşlərdə Əli Məmmədov Cəsarət Yusibova, Abbas Abbasov Nihad Nəbiyevə, Aqil Hüseynov Samir Məmmədova, Rəmzi Məmmədov Əhmədağa Ibrahimova, Pirəli Yarəliyev Atamalı Xankişiyevə, Əjdər Babayev Ədalət Zeynalova qalib gəlib.
Qeyd edək ki, 11 döyüşün keçirildiyi turnirin açılış mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov da çıxış edib.
İdman.biz