AZ

ABŞ bu ay yeni nüvə bombası istehsal edəcək

ABŞ yaxın günlərdə yeni B61-13 termonüvə bombasının istehsalına başlayacaq...

Poliqon bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının direktoru vəzifəsini icra edən Tereza Robbinsin Konqresdəki çıxışına istinadən xəbər verir.

Rəsmi bildirib ki, ilk B61-13 bombası bu ay istehsal olunacaq.

B61-13, B-61 cazibə bombasının yeni variantıdır. Onun yaradılması haqqında qərar 2023-cü ilin sonunda qəbul edilib. Gələn ilin sonuna qədər bombanın Amerika qırıcıları və B-21 strateji bombardmançı təyyarəsi ilə silahlanması planlaşdırılır.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

3Mənbələr