Hindistan Pakistana qarşı hərbi təcavüzünə Pakistanın daha effektiv, sarsıdıcı cavab verəcəyini gözləmirdi. Son dövrlər Hindistan hərb sənayesinin inkişafında müəyyən irəliləyişlər əldə etdiyindən avantüraya gedəcəyi ehtimal edilirdi.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, həm də, Hindistan baş naziri Modinin millətçi baxışları və digər dinlərin daşıyıcılarına, xüsusən də müsəlmanlara qarşı mənfi münasibəti Hindistanın Pakistana qarşı hərbi təcavüzünü şərtləndirirdi:
"Terrorçuların məhv edilməsi bəhanəsi ilə Hindistan əslində Cammu və Kəşmirlə bağlı hərbi planlarını reallaşdırmaq istəyirdi. Qısa müddətdə Hindistan hərbi hava qüvvələrinə məxsus ən azı beş qırıcısının məhv edilməsi, əsgərlərinin əsir düşməsi, postlarının ağ bayraq qaldıraraq təslim olması, Hindistanı bir tərəfli qaydada atəşkəsə getməyə məcbur etdi".
Hindistan Pakistan müharibəsi əslində elə ABŞ-la Çinin müharibəsidir. Pakistanın Hindistan üzərində qələbəsi nəticə etibarı ilə Çinin ABŞ üzərində qələbəsinə bərabərdir.
Digər tərəfdən, Hindistanın Pakistana qarşı müharibəyə başlamasının nəticəsi, onu bundan sonra daha praqmatik siyasətə məcbur edəcək. Yəni, Hindistan Pakistanla artıq hesabladığı konfliktə getməyəcək. Əlbəttə ki, bu Pakistanın nəinki hərbi və eyni zamanda da siyasi-diplomatik, psixaloji qələbəsidir:
"Ermənistanı Azərbaycana qarşı silahlandlran Hindistanın biabırçı məğlubiyyətinin Cənubi Qafqaza da müsbət təsiri olacaq. Hindistan, Fransaya və onun silahlarına arxayın olan Ermənistan revanşist istəklərini boğmaq məcburiyətindədir.
Konflikt oncəsi Türkiyənin Pakistana F16 - larla hərbi dəstəyi və eləcə də siyasi-diplomatik dəstəyi, Pakistana Azərbaycanın və Türkiyəyənin vəfa borcu və faktiki müttəfiqlik öhdəliyi idi. Hərçənd ki, Pakistan Türkiyə və Azərbaycana hərbi ehtiyacı olmadan düşməni, Hindistanı ağ bayraq qaldırmağa məcbur etdi. Bəzi məlumatlara görə Türkiyən Pakistana hərbi heyyətdən ibarət komanda da göndərib.
Hindistan və Pakistan arasında gərginliyin daha da artması, dərinləşməsi ehtimalı azdır. Artıq hücuma başlayan Hindistan buna maraqlı deyil. ABŞ prezidenti Donald Trampın da mövqeyi Hindistan vacib şərtdir".
Cavid