AZ

Trampın Qəzza ilə bağlı yeni planı ortaya çıxdı: Yaxın 24 saat ərzində...

Qəzza ilə bağlı ritorikası ilə tez-tez diqqət çəkən Donald Trampın yeni planı üzə çıxıb. Tramp indi də Qəzzada müvəqqəti administrasiya qurmağı hədəfləyir.

Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” saytı məlumat yayıb.

Sayta danışan mənbələr bildiriblər ki, ABŞ və İsrail müharibədən sonra Qəzzada müvəqqəti administrasiya yaradılmasını müzakirə edir. Qeyd olunub ki, danışıqlar Fələstin administrasiyası meydana çıxana qədər Qəzzaya nəzarət etmək üçün ABŞ rəsmisinin rəhbərlik etdiyi keçid hökumətinin yaradılmasına yönəlib.

Hələ ilkin mərhələdə olan danışıqlarda ABŞ-ın rəhbərlik edəcəyi belə bir administrasiyanın müddəti üçün konkret vaxt təyin olunmayıb. Bildirilib ki, bu vaxt bölgədəki vəziyyətdən asılı olacaq.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən bir mərasimdə gündəmlə bağlı açıqlamalar verib. O, Qəzzadakı son vəziyyətlə bağlı suala "Nə olacağını görəcəyik. Hazırda Qəzza ilə bağlı çox şey danışılır, bilirsiniz. Yəqin ki, yaxın 24 saat ərzində nə olacağını öyrənəcəksiniz" cavabını verib.

Seçilən
0
publika.az

1Mənbələr